
“Komandanın heyətindən razıyıq” – “Bayern” rəsmisi
“Bayern”in idman direktoru Kristof Freund yay transfer pəncərəsinin son günləri haqda danışıb.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, avstriyalı funksioner komandanın heyətindən razı olduqlarını bildirib:
“Komandanın heyətindən razıyıq. Amma indi iki zədəli futbolçumuz var, bu məqama diqqət yetirməliyik. Yeni transferlər planlarımıza daxil edilməyib, amma hələ beş gün var”.
“Bayern” Almaniya çempionatına “Volfsburq” üzərində 3:2 hesablı qələbə ilə başlayıb. Münhenlilər ötən mövsüm zəif çıxış edərək, Bundesliqanı 3-cü yerdə başa vurublar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin