Heyrət!!!
Mız
Futbol üzrə Azərbaycan milli komandasının Xorvatiya yığması ilə oyundan məğlubiyyətlə ayrılması hər kəsin böyük təəccübünə səbəb olmuşdur.
AFFA-nın baş katibi Elxan Məmmədov bildirmişdir ki, onu ən çox təəccübləndirən milli komandanın futbolçularının intizamlı oynaması olmuşdur. Gözlənilir ki, milli komandamızın növbəti oyununda futbolçularımız meydanda bir-birlərini sillə-təpiyin altına salsınlar. Bu qədər intizamlı oynamaq nəyə lazımdır axı?!
Elxan Məmmədovu heyrətləndirən daha bir məqam isə xorvatlarla oyunda ilk qolu milli komandamızın vurması olmuşdur. Baş məşqçi Nikola Yurçeviçin futbolçulara bundan sonra heç bir oyunda ilk qolu vurmamaq tapşırığı verəcəyi gözlənilir.
Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşov da ən çox heyrətlənənlərdən biri olmuşdur. Dadaşovun Xorvatiya millisinin heyətində “Barselona”nın futbolçusu İvan Rakitiçi görüncə heyrətdən ağzı açıq qalmışdır. Rüfət oyun başlayandan baş məşqçi Yurçeviçə yalvarmışdır ki, onu da meydana buraxsın. Yurçeviç oyunun sonlarına yaxın Dadaşovu meydana buraxaraq, onun rəqib komandanın müdafiə xəttini darmadağın edəcəyinə çox inanmışdır. Amma Dadaşov meydana çıxan kimi Rakitiçin üzərinə qaçaraq, formasını vermək üçün ona yalvarmağa başlamışdır. Bu zaman heyrətlənmək növbəsi Azərbaycan milli komandasının xorvatiyalı baş məşqçisi Nikola Yurçeviçə çatmışdır.
Bəli, hörmətli oxucular, izləyicilər, dinləyicilər, Azərbaycan millisinin Xorvatiya yığmasına məğlub olması hər kəsin təəccübünə, heyrətinə səbəb olmuşdur.
Mızbaz
Bizi Facebook-da izləyin