“Heyfslənmirik, yaxşı oynayırıq, göz dəyməsin” – Samir Abasov
“Zirə”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 22-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları dilə gətirib:
- Uduzmağımıza baxmayaraq, yaxşı oyun keçdi. Futbolçularım ruhla oynadılar. Əfsuslar olsun ki, alınmadı. İki epizod oldu, onlar bizim uduzmağımıza gətirdi. Rəqibə heç-heçə bəs edirdi. Etdikləri hərəkətdən də bu görünürdü. Futbolçularım bu gün çox yaxşı oynadı. Heyfslənmirik, yaxşı oynayırıq, göz dəyməsin.
- Oyundan sonra baş verən qalmaqal nəylə bağlı idi?
- Biz gedirdik. Bizə dedilər futbolçular arasında nəsə mübahisə olub. Getdik, sakitləşdirdik. Nə üçün belə olduğunu bilmirəm. Heç araşdırmaq da isdəmirəm. Ya onlara qoşulub mən də dava etməliyəm, ya da sakitləşdirməliyəm.
- Hakimlik haqda düşüncüləriniz nədir?
- Yeganə narazılığım vaxtın həddindən artıq uzadılması idi. İlk hissədə Bilal Həmdiyə qarşı sərt oyun oldu. Buna da etirazımı bildirdim. Oyun yersiz şəkildə çox uzanırdı.
- Futbolçularınızın daha çox fərdi oyuna üstünlük verməsiylə bağlı komandaya bir tapşırığınız olacaqmı?
- Bu cür qapanan komandaya qarşı sırf fərdi keyfiyyəti olan futbolçular ön plana çıxır. Bu, normal bir şeydi.
- Şanslarınızı necə dəyərləndirirsiz?
- Udduğumuz hər bir oyun bizim üçün əlavə motivasiyadı. Sona qədər mübarizə aparacağıq.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin