
“Heydər Əliyev-100”: Yarımfinalın ikinci cütlüyü müəyyənləşib
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində ikinci yarımfinal cütlüyü müəyyənləşib.
Komanda.az xəbər verir ki, pley-off mərhələsində keçirilən Çexiya – Ukrayna matçının ardından son yarımfinalçı da bilinib.
Rəqibi üzərində 4:1 hesablı qələbə qazanan çexiyalılar mübarizəni davam etdiriblər. Adıçəkilən komanda axşam saatlarında finala vəsiqə uğrunda Qazaxıstanla üz-üzə gələcək.
Turnirin digər yarımfinal görüşündə Azərbaycan və Serbiya milliləri qarşılaşacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin