Heydərov finalda, Orucov “bürünc” üçün mübarizə aparacaq

Azərbaycanlı cüdoçu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Komanda.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı Mark Xristovla (Bolqarıstan) qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Heydərov finala yüksəlib.

Eyni çəkidə çıxış edən Rüstəm Orucov isə təsəlliverici qarşılaşmada Aleksandru Raykunu (Rumıniya) məğlub edərək, bürünc medal görüşünə vəsiqə əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button