
Heydərov dünya çempionatındakı ilk görüşdə məğlub oldu
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizə aparıb.
Komanda.az xəbər verir ki, olimpiya, dünya və Avropa çempionu ilk görüşdə məğlub olub. 27 yaşlı idmançı 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Otari Kvantidzeyə uduzub.
Bu gün Fidan Əlizadə (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



