Heydərov da DÇ-də 5-ci yeri tutdu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Komanda.az verir ki, bu gün Azərbaycanın daha iki idmançısı xalça üzərinə çıxıb.

73 kq çəki dərəcəsində mübarizə aparan Nurlan Osmanovun startdakı rəqibi isveçli Tommi Masias olub. İlk cəhdindəcə uduzan cüdoçumuz mübarizəni erkən dayandırıb.

Bu çəkidəki digər təmsilçimiz Hidayət Heydərov 1/32 finalda mozambikli Ayton Siquirlə qarşılaşıb. Cüdoçumuz həm bu rəqibini, həm də növbəti mərhələlərdə üz-üzə gəldiyi Yakub Jeçminek (Çexiya) və Covanni Espozitonu (İtaliya) mübarizədən kənarlaşdırmağı bacarıb. Lakin 1/4 finalda Türkiyə cüdoçusu Bilal Çiloğlu ilə qarşılaşma Hidayət üçün uğursuz alınıb. Bu üzdən də o, təsəlliverici görüşə çıxıb. Macarıstan təmsilçisi Mikloş Ungvari ilə görüşdən qalib ayrılan Heydərov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. O, həlledici döyüşünü Yaponiya təmsilçisi Soiçi Haşimotoya qarşı keçirib. Bu görüşdən məğlub ayrılan idmançımız 5-ci yerlə kifayətlənib.

Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) isə 5-ci yeri tutmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button