“Heydər Əliyev-100”: Türkiyə millisi Ukraynaya məğlub oldu
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində günün ilk oyunu keçirilib.
Komanda.az xəbər verir ki, B qrupunda yer alan Türkiyə ilə Ukrayna yığmaları Bakı Tennis Akademiyasında 2-ci tur matçında üz-üzə gəlib.
Beş qolun vurulduğu görüşdə Ukrayna millisi 3:2 hesablı qələbə qazanıb. Ukraynanın heyətində Viktor Aronovski (27-ci dəqiqə), Yuri Adiş (41) və Mikola Kodatski (43) fərqləniblər. Türkiyə millisində isə Esat Karadeniz 29-cu və Erdem Eriş 44-cü dəqiqədə adını tabloya yazdırıb.
Beləliklə, bir gün əvvəl Qazaxıstana məğlub olan Ukrayna seçməsi (0:1) turnirdə ilk qalibiyyətini qazanıb.
Bu gün B qrupu çərçivəsində Qazaxıstan – CAR və Türkiyə – Fransa matçları olacaq. A qrupunda isə İtaliya – Gürcüstan, Serbiya – Çexiya və Azərbaycan – İtaliya görüşləri keçiriləcək.
Bizi Facebook-da izləyin