“Bayern” rəsmisi fransalı futbolçunun transferinin uğursuz olmasından danışdı

“Bayern”in idman direktoru Kristof Freund “Renn”in fransalı vingeri Desir Duayinin uğursuz transferindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubunun rəsmisi ixtiyarlarında olan heyətdən razı olduqlarını bildirib:

“O, çox maraqlı futbolçu idi. Lakin biz indi ixtiyarımızda olan heyətdən razıyıq”.

Duayi uğrunda yarışda “Bayern” favorit olsa da, PSJ son həftələrdə futbolçunu razı sala bilib.

19 yaşlı yarımmüdafiəçi ötən mövsüm Fransa çempionatında 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button