“Heyətlə bağlı çətinlik çəkirəm” – Cavid Hüseynov

“Səbail”in baş məşqçisi Cavid Hüseynov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçəyə belə şərh verib:

“İlk hissədə daha yaxşı çıxış etdik. Qapımızda bir dəfə təhlükəli an yaşandı. Həm hücum, həm də müdafiə planında daha yaxşı idik. İkinci hissədə rəqibin irəli atılacağı məlum idi. Buna baxmayaraq, ikinci yarıda da yaxşı çıxış etdik. Bura qələbə qazanmaq üçün gəlmişdik, amma 1 xalla kifayətləndik. Nəticə qənaətbəxşdir. Oyunumuzda da inkişaf var. Bunun davamını gətirmək istəyirik.

Əvvəlki turlarda qollar vurmuşuq. Bunu problem hesab etmirəm. Son turlarda qarşılaşdığımız “Sabah” və “Araz-Naxçıvan” yaxşı rəqiblərdir. Bütün oyunlara yanaşmamız eynidir. Birinci istəyim odur ki, futbolçular inkişaf etsinlər. Qarşıda hələ 12 tur var. Növbəti turdakı “Şamaxı” ilə qarşılaşma bizim üçün final oyunu deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button