Het-trikə imza atdı, turun ən yaxşısı seçildi
Futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci turun ən yaxşı futbolçusu məlum olub.
Komanda.az xəbər verir ki, “InStat”ın təhlilinə əsasən, son turun ən yaxşı futbolçusu “Qarabağ”ın hücumçusu Mahir Mədətov seçilib.
22 yaşlı futbolçu “Səbail”ə qarşı görüşdə 90 dəqiqə meydanda olub və het-triklə yadda qalıb. Araşdırmalara əsasən Mahir Mədətov turun ən yaxşı indeksə malik futbolçusudu.
“Qarabağ” “Səbail”lə oyunda 4:0 hesablı qələbə qazanıb, Mahir isə bu görüşdə het-trikə imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin