“Hesabı bərabərləşdirdikdən sonra daha istəkli idik” – Xabi Alonso
“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la cavab görüşündən sonra (3:2, ilk matç – 2:2) mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, mütəxəssis 1/4 finala adladıqları üçün çox xoşbəxt olduğunu söyləyib:
“Hesab 2:2 olanda sonra komandanın daha çox istəkli olduğunu gördüm. Qol buraxdıqdan sonra geri dönmək asan olmadı. Amma oyunçular yaxşı çıxış etdilər. Patrik Şikin son qolu da əla oldu. Əlbəttə ki, mərhələni keçdiyimiz üçün çox şadam. Hamımız eyni gəmidəyik və komanda ruhu bu mövsüm ən vacib şeydir. Mübarizə aparmaq istəyirik. Görürəm ki, komandada inam və aclıq var. Bu, mənim üçün çox xoşdur. Frimponqun ilk qolundan sonra komandanın çox istəkli olduğunu gördüm”.
Bizi Facebook-da izləyin