“Hesabdakı üstünlüyü qoruya bilməməyimiz psixoloji məqamdır”
“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Gözlədiyimiz kimi gərgin oyun alındı. Hər iki komandaya qələbə lazım idi. Futbolçular mübarizə aparırdı. İşimizə güvənməli və inanmalıyıq. Futbolçular meydanda yaxşı mübarizə aparır. Ardıcıl 3 matçdır öndə olmağımıza baxmayaraq, üstünlüyümüzü qoruya bilmirik. Qol vurduqdan sonra da fərqlənməyə çalışırıq. Hesabdakı üstünlüyü qoruya bilməməyimiz psixoloji məqamdır”.
Sənan Qurbanov moldovalı futbolçu Yevgeni Koçukun bu oyunda iştirak etməməsinin də səbəbini açıqlayıb: “Koçukun qızdırması olduğu üçün bu görüşdə iştirak etmirdi. Bunun koronavirusla heç əlaqəsi yoxdur. Sadəcə, dədə-baba qızdırmasıdır”.
Bizi Facebook-da izləyin