“Hesab oyuna görə olmadı” – Şahin Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 34-cü turunun “Qarabağ”la qarşılaşmasından sonra (0:3) açıqlama verib.
Komanda.az xəbər verir ki, o, oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Qarabağ”ı çempionluq münasibətilə təbrik edirəm. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram. Bu matçda ilk qolu vuran komanda qələbə qazanacaqdı. Belə komanda ilə geri dönüş etmək çətin idi. Təcrübə öz sözünü dedi. Düşünürəm ki, hesab oyuna görə deyildi. Futbolçuların hazırlığı öz sözünü dedi. İki oyunumuz qalıb. Hər şey öz əlimizdədir. Ruhdan düşmək lazım deyil. Futbolçularıma təşəkkür edirəm ki, bu cür mübarizə apardılar.
Taleyimizin “Şamaxı” ilə oyunda həll olunacağını deməzdim. Tovuzda uğurlu nəticə qazanmağa çalışacağıq. Komandamın oyun tərzi bunu deməyimə əsas verir. Futbolçularımın göstərdiyi oyun Premyer Liqadan yuvarlanmağa layiq deyil. Bunu ilk gündən demişəm”.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin