“Hesab daha böyük ola bilərdi” – Sarri

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Bayern”lə oyunda (1:0) qazanılan qələbəni şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandasının birliyini dəyərləndirib:

“Avropanın ən güclü komandalarından birini məğlub etdiyimiz üçün həm məmnunluq var, həm də məyusluq var. Çünki hesab daha böyük ola bilərdi. Komandanın birliyi xoşuma gəldi, bir beyinlə hərəkət etdik və bu vacibdir. Bilirdik ki, çətin anlar olacaq, ona görə fürsətlərdən istifadə etdik. “Bayern” çoxlu oyunçu ilə hücum etdi, lakin biz topu itirəndə onlar bizə əks-hücum üçün yer verdilər”.

“Bayern”lə “Latsio” arasında cavab oyunu martın 5-də Münhendə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button