“Hesab 0:2 olanda söz verdik ki…” – Rüdiger
“Real”ın müdafiəçisi Antonio Rüdiger UEFA Çempionlar Liqasının 1/8 finalının “Liverpul”la qarşılaşmasını (5:2) dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “kral klubu”nun qələbəsini dəlilik adlandırıb:
“Bu, dəlilikdir. Oyun ərzində hesabda geri düşəndə hiss etdim ki, futbolçularımız hələ də qələbəyə inanır. Geri dönüş möhtəşəm idi.
Hesab 0:2 olanda söz verdik ki, bizə sadəcə bir qol lazımdır. Bacardıq və hesab arasındakı fərqi minimuma endirdik. Daha sonra qələbə üçün qollar vurmağa başladıq”.
“Real” – “Liverpul” cütünün cavab oyunu martın 15-də İspaniyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin