“Herta”nın “sükan”ı türkə tapşırıldı
Almaniyanın “Herta” klubu yeni baş məşqçi ilə anlaşıb.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Herta” baş məşqçi postuna Tayfun Korkutun gətirildiyini açıqlayıb. Korkut cari mövsümün sonuna qədər “Herta”nın “sükanı arxasında” olacaq.
Türkiyə milli komandasının keçmiş futbolçusu olan Korkut, əvvəllər Almaniyada “Bayer”, “Ştutqart” kimi klublarda məşqçi kimi çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin