“Herta”nı “Köln”ə dəyişdi
Almaniyanın “Herta” klubunun hücumçusu Devi Zelke Bundesliqanın digər təmsilçisi “Köln”ə transfer olunub.
Komanda.az xəbər verir ki, 27 yaşlı futbolçu yeni klubu ilə 2024-cü ilin 30 iyununa kimi müqavilə bağlayıb. Azad agent statusu almış futbolçuya görə yeni klubu təzminat ödəmək məcburiyyətində qalmayıb.
Zelke peşəkar karyerasına “Verder”də başlayıb. “Leypsiq”də də oynamış futbolçu 2017-ci ildən “Herta”da çıxış edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin