“Milan” Hernandesin transfer qiymətini müəyyənləşdirib

“Milan” müdafiəçisi Teo Hernandesin transfer qiymətini müəyyənləşdirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu 2024-cü ilin yayında Hernandeslə ayrılmağa hazırdır və rəhbərlik fransalı futbolçunun 70-80 milyon avroya komandanı tərk edə biləcəyini düşünür.

Daha əvvəl 28 yaşlı müdafiəçi ilə “Bayern”in, İngiltərə Premyer Liqası və Səudiyyə Ərəbistanı klublarının maraqlandığı bildirilib.

Hernandes 2019-cu ildən “Milan”da çıxış edir. Onun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button