“Bayern”in futbolçusu sıradan çıxdı – 6 həftə olmayacaq
“Bayern”in futbolçusu Lukas Hernandes zədələnib.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi “Barselona”ya 2:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci tur oyununda sıradan çıxıb.
Matçdan sonra fransalı oyunçunun əzələsində problem aşkarlanıb. Hernandesin 6 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Hernandes “Barselona” ilə görüşdə komandasının ilk qolunun müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin