Fransalı futbolçu “Milan”dan maaşının artırılmasını tələb edib

“Milan”ın müdafiəçisi Teo Hernandes klubla yeni müqavilə imzalamaq istəyir. Amma o, maaşının artırılmasını da tələb edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu indi mövsümdə 4,5 milyon avro qazanır. Hernandes danışıqlar zamanı illik 6,5 milyon avro maaş istəyib.

“Milan” Hernandesin maliyyə istəyini təmin etmək lazım olduğuna şübhə edir. Bu şübhələr üzündən danışıqlar prosesi ləngiyir.

Tərəflər arasında hazırkı müqavilə 2026-cı ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button