“Herenven” və “Sportinq”dən Super Liqa klubuna
Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Niderlandın “Herenven” klubunun müdafiəçisi Şerel Floranusu, Portuqaliya “Sportinq”indən isə qapıçı Dioqo Souzanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Şerel Floranus Antalya təmsilçisi ilə 3 illik müqavilə bağlayıb. Niderlandlı sağ cinah müdafiəçisi 2018-ci ildən “Herenven”də çıxış edirdi. O, daha öncə yetirməsi olduğu Rotterdam “Sparta”sında oynayıb. 22 yaşlı futbolçu Niderlandın U-21 və aşağı yaş qrupları üzrə yığmalarında da çıxış edib.
Dioqo Souza isə “Antalyaspor” ilə 4 illik müqaviləyə imza atıb. 2014-cü ildən “Sportinq”in sıralarında olan gənc qolkiper, Lissabon təmsilçisinin əsas komandasında debüt şansı qazanmayıb. Argentinalı qapıçının 22 yaşı var.
Bizi Facebook-da izləyin