Henderson Premyer Liqaya qayıtmaq istəyir

“Liverpul”dan ayrıldıqdan sonra “Əl-İttifaq”a keçən Cordan Henderson klubdan ayrılmaq istəyir.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanına uyğunlaşa bilmir. 

İngilis futbolçu Asiya ölkəsində özünü xoşbəxt hiss etmir. O, yenidən Premyer Liqaya qayıtmaq niyyətindədir.

Henderson “Əl-İttifaq”ın heyətində meydana çıxdığı 19 matçda 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button