
Henderson “Mançester Yunayted”dən ayrılır
“Mançester Yunayted”in qapıçısı Din Hendersonun “Nottingem Forest”ə keçmək ehtimalı var.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər bu həftə danışıqların yeni mərhələsinə keçəcəklər.
Öncədən qapıçının ABŞ-da baş tutacaq mövsümöncəsi turnir üçün komandaya qoşulmayacağı haqda xəbər vermişdik.
Henderson 2022/23 mövsümündə icarə əsasında “Nottingem Forest”də çıxış edib. O, 20 oyunda 33 qol buraxıb və 6 dəfə qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin