Henderson “Liverpul”dan niyə ayrılıb? – Açıqlama

“Əl-İttifaq”ın yarımmüdafiəçisi Cordan Henderson “Liverpul”dan nə üçün ayrıldığını açıqlayıb.

Komanda.az “BeanymanSports”-a istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi Stiven Cerrardla hər zaman çalışmaq istədiyini söyləyib:

“Bu kluba gəlməyimin əsas səbəbi baş məşqçi Cerrarddır. Onunla işləmək, onun rəhbərliyi altında çıxış etmək əsas istəyim idi. İngiltərə milli komandası mənim üçün çox şey ifadə edir. Hələ də orada faydalı ola biləcəyimi hiss edirəm”.

Səudiyyə Ərəbistanı klubu Hendersona görə “Liverpul”a 14 milyon avro ödəyib. 33 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Henderson 2011-ci ilin yayından “Liverpul”da oynayırdı. O, bu klubda 492 matçda 33 qol vurub, 61 qolun ötürməsini verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button