
Henderson “Ayaks”da – Rəsmi
İngiltərəli futbolçu Cordan Henderson klubunu dəyişib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Henderson Səudiyyə Ərəbistanı “Əl-İttifaq”ından ayrılaraq Niderland “Ayaks”ına keçib. 33 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Henderson 2023-cü ilin yayından “Əl-İttifaq”da çıxış edib. O, bu mövsüm bütün yarışlarda 19 matça çıxıb və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin