“Heç vaxt özümü Akinfeyevlə müqayisə etməmişəm”
“Heç vaxt özümü İqor Akinfeyevlə müqayisə etməmişəm”.
Komanda.az xəbər verir ki, bunu “Qarabağ”ın və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiyanın “Legalbet” nəşrinə açıqlamasında deyib:
“Akinfeyevin səviyyəsində oynaya biləcəyimi və ona çatacağımı düşünmürdüm. Lakin istəyirdim. Məqsədim var idi. Hər gün məşqlərdə bu hədəfə doğru getmək üçün çalışırdım. Gündə 2-3 dəfə məşq edirdim. Heç bir şey etmirsənsə, niyə oturub gözləməlisən? Nəyisə dəyişmək üçün mütləq cəhd etməlisən”.
2016-2023-cü illərdə “Qarabağ”ın formasını geyinən Şahruddin Məhəmmədəliyev iyulun 18-də yenidən Ağdam klubuna qayıdıb. O, 2020-ci ildən Azərbaycanın əsas millisinin formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin