“Heç vaxt Arauxo və Kristenseni satmağı planlaşdırmamışdıq” – Laporta
“Barselona”nın prezidenti Xuan Laporta klubun yayda iki mərkəz müdafiəçisini satmaq fikrində olduğu şayiələrdən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub prezidenti, Ronald Arauxo və Andreas Kristenseni heç vaxt satmağı planlaşdırmadıqlarını bildirib:
“Biz heç vaxt Arauxo və Kristenseni satmağı planlaşdırmamışdıq. Yayda biz onları satmaq variantlarını nəzərdən keçirmədik”.
Arauxonun adı daha əvvəl onun üçün əhəmiyyətli məbləğdə təzminat ödəməyə hazır olduğu bildirilən “Bayern”lə hallanırdı. Kristensenlə isə İngiltərə Premyer Liqasının klubları maraqlanırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin