
“Heç vaxt komandamı heç-heçə üçün oynamağa hazırlamamışam”
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann DÇ-2026-nın seçmə mərhələsinin son turunda Slovakiya yığması ilə keçiriləcək oyun haqda danışıb.
Bu qarşılaşmada mundiala birbaşa vəsiqənin taleyi həll olunacaq. Hər iki komandanın hazırda 12 xalı var, ancaq Almaniya millisi daha yaxşı top fərqinə görə, heç-heçə etsə də, birbaşa vəsiqəni təmin etmiş olacaq. Oyun noyabrın 17-də keçiriləcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər xəbər verir ki, Naqelsmann, Lüksemburq yığmasını 2:0 hesabı ilə məğlub etdikləri matçdakından yaxşı oynasalar, qalib gələcəklərini bildirib:
“Heç vaxt komandamı heç-heçə üçün oynamağa hazırlamamışam. Bu oyunu qazanmağa çalışacağıq. Standartlarımız belədir, belə də olmalıdır. Hazırkı performansımızdan yaxşı oynasaq, qalib gələcəyik”.
Almaniya millisi ilk matçda səfərdə Slovakiya yığmasına 0:2 hesabı ilə uduzub.
Bizi Facebook-da izləyin



