İnkar etdi: “Təcavüz etməmişəm”

Fransa Futbol Federasiyasının (FFF) keçmiş prezidenti Noel Le Qrey təcavüz iddialarını inkar edib.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, məsələ ilə ciddi məşğul olacağını deyib:

“Mən haqqımda səsləndirilən təcavüz iddialarını tamamilə rədd edirəm. Yalan danışsam, qarşınızda dayanmazdım. Heç vaxt heç kimə nə əqli, nə də cinsi təcavüz etmişəm. Bu söz-söhbətlərin arxasında kimin dayandığını bilmirəm. Lakin bu məsələ ilə ciddi məşğul olacam. Səhv addım atmamışam. Vəkillərlə birlikdə hadisələrin necə cərəyan edəcəyini gözləyirik.

Araşdırma ilə prokurorluq məşğul olur. Mənə dedilər ki, “Xanım C nəsə deyir”. Bəs, “Xanım C” kimdir? Mən və vəkillərim bu barədə daha aydın məlumat tələb etdik. Lakin onlar həmişə olduğu kimi materialları bizə göndərməkdən imtina etdilər. Fransa Futbol Federasiyasında bir çox şəxs mənə qarşı yaxşı münasibət bəsləyir”.

Xatırladaq ki, Noel Le Qrey bir neçə gün əvvəl Fransa Futbol Federasiyasının prezidenti vəzifəsindən istefa verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button