Tez-tez spirtli içki qəbul edirmiş – “Barselona”ya keçməzdən əvvəl

Pyer-Emerik Obameyanq “Barselona”dakı karyerasını xatırlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qabonlu forvard bu transferdən əvvəl valideynlərinin səhhəti ilə əlaqədar depressiyaya düşdüyünü bildirib:

“Bu transferdən əvvəl valideynlərimin səhhəti ilə əlaqədar depressiyaya düşmüşdüm və tez-tez spirtli içki qəbul etməyə başlamışdım. “Barselona” mənə şans verdi və buna görə kluba həmişə minnətdar olacam. Heç vaxt məşqlərdə iştirak etməkdən bu qədər həzz almamışdım. Mən hətta həftə sonu da məşq edirdim”.

Obameyanq 2022-ci ilin yanvarından sentyabr ayına qədər “Barsa”nın rənglərini qoruyub. O, bu müddət ərzində keçirdiyi 24 oyunda 13 qol vurub. Futbolçu hazırda Səudiyyə Ərəbistanının “Əl-Qadisiya” klubunda forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button