Ana oğluna görə “üsyan” etdi

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayrın anası Zoe oğluna qarşı yönələn təhqirlərdən danışıb.

Komanda.az xəbər verir ki, bu barədə futbolçunun anası sosial şəbəkədə paylaşım edib:

“Bir ana kimi, oğlumun bəzi fanatlardan, ekspertlərdən və mediadan aldığı mənfi və təhqiramiz şərhlərin səviyyəsini görmək utancvericidir. Bu, həyatın istənilən təbəqəsi üçün tamamilə qəbuledilməzdir. Bunu qəbuledilməz hesab edirəm.

Mən başa düşürəm ki, futbol dünyasında yüksəlişlər və enişlər, müsbət, mənfi cəhətlər var. Amma Harriyə qarşı edilən təhqirlər futboldan çox uzaqdır. Onun yaşadıqlarını görmək mənim üçün normal deyil. Gələcəkdə hansısa digər valideynlərin və ya oyunçuların, xüsusən də, bu gün mübarizə aparan gənc oğlan və qızların bunu yaşamasını istəməzdim.

Harrinin böyük ürəyi var, o, əqli cəhətdən güclüdür. Heç kimə bu cür təhqiri arzulamıram!”

Maquayr 2019-cu ildən “qırmızı şeytanlar”ın heyətində çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button