“Heç kimin Qvardiola ilə münasibətimizi korlamasını istəmirəm” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Pep Qvardiolanın “Mançester Siti” haqqında söylədiyi sözlərə görə izahat vermək tələbinə cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, dediklərinə belə bir açıqlama verib:

“Mən Qvardiolanı sevirəm, heç vaxt işdə bu qədər səy göstərən bir adam görməmişəm. Uğur qazanmasının səbəbi isə qələbəyə aclığını davam etdirməsidir. Mən bunu nəzərdə tuturdum. Lazım gələrsə, bunu bir daha təkrarlaya bilərəm. Heç kimin münasibətimizi korlamasını istəmirəm”.

Daha əvvəl ispaniyalı mütəxəssis “şəhərlilər”in düşərgəsində hər şeyin necə baş verdiyini bildiyini söyləyib.

“Mançester Siti” və “Arsenal” ötən həftəsonu üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button