Heç kimin onu alacaq qədər pulu yoxdur – Spaletti
“İnter”in baş məşqçisi Luçano Spaletti müdafiəçi Milan Skriniarla bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, Spaletti, İtaliya mətbuatına açıqlamasında, “Mançester Yunayted”in də transfer etmək istədiyi slovakiyalı futbolçunu satmayacaqlarını deyib:
“Skriniarı satmayacağıq. Onu almaq üçün heç bir klubun kifayət qədər pulu yoxdur. Bizimlə qalmağa davam edəcək”.
2017-ci ildə 34 milyon avroya “Sampdoriya”dan transfer edilən 23 yaşlı müdafiəçinin “İnter”lə 2022-ci ilə qədər müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin