
“Biz daha çox şeyə layiq idik” – Ranqnik
Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün seçmə mərhələsində Belçika yığmasına məğlubiyyət (2:3) haqda danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, oyunun gedişatını belə şərh edib:
“Yalnız öz komandamı tərifləyə bilərəm. Bu gün biz daha çox şeyə layiq idik. Hesab 0:3 olduqdan sonra heç kimin ağlına gəlməzdi ki, intriqanı geri qaytara bilərik”.
Avstriya və Belçika AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə birgə F qrupunda mübarizə aparır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin