“Heç kimi təhqir etməmişəm” – Elmar Baxşıyev
Premyer Liqanın 4-cü turu çərçivəsində keçirilən “Araz-Naxçıvan” – “Neftçi” oyunundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçəni belə şərh edib:
“Maraqlı oyun alındı. Hər iki komanda meydanda mübarizlik nümayiş etdirdi. Komanda şəklində üstün tərəf biz idik. Amma futbolun yazılmayan qanunları da var. Düşünürəm ki, bu oyunda 2 xal itirdik.
Feyr-pley qaydalarına əməl etmirlərsə, o bayraqları stadionlardan niyə asırlar? Bizim də uduzdugumuz oyunlar olub, amma əməl etmişik. Rəqib bu qolu layiqli hesab edirsə, olsun.
Qırmızı aldığım epizoda gəldikdə, heç kimi təhqir etməmişəm, sadəcə etirazımı bildirmişəm ki, feyr-pley qaydalarına niyə əməl etmirlər. Ümid edirəm ki, bir də başımıza belə iş gəlməz”.
Bizi Facebook-da izləyin