“Heç kimdən alacağımız, verəcəyimiz yoxdu” – Abasov
“Zirə”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 26-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, doğma meydanda 0:3 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında əvvəlcə görüş haqda danışıb:
- Onsuz da “Qarabağ”a qarşı əsas heyətlə oynayanda əziyyət çəkirsən. Bu gün 8 əsas futbolçumuz yox idi. Deməzdim ki, ikinci heyət idi, sadəcə, az oynayanlara şans vermişdik. Fikrimizi son şansımız olan kuboka – “Sumqayıt”la cavab yarımfinal matçına yönətmişik.
- Əsas qapıçınız Kamal Bayramovun zədəsi nə yerdədi?
- Oyunadək bərpa olunmalıdı. Ancaq o vaxtdan komandayla məşq etməyib. Ümnid edirik ki, oynayacaq. Həkimlərdən xoş xəbər gözləyirik.
- Bu gün “Qarabağ” futbol oynadı. Bəs “Zirə” meydanda nə etdi?
- Futbolçulara matçdan əvvəl dedik ki, itirəcəyimiz bir şey yoxdu, çıxaq futbol oynayaq. Oynayan da oldu, oynamayan da. “Panika”ya düşənlər də vardı, bunu da başa düşürəm. Ümid edirik ki, daha belə olmayacaq..
- Bu oyunu kuboka qurban verdiniz?
- Bəli. “Qəbələ”yə matçda da belə olmuşdu.
- Qorxmurdunuz ki, deyərlər “Qarabağ”a köməklik etdiniz?
- Yox. “Qarabağ”dan da xal almışıq, “Neftçi”dən də. Heç kimdən alacağımız, verəcəyimiz yoxdu. Qorxuyla yaşasaq, bütün planlarımızı alt-üst edərik.
- Bu gün ilk qolda kobud səhvə yol verən gənc qapıçınıza nə dediniz?
- Heç nə deməmişəm, bunu etmək fikrim də yoxdu. Ola bilər ki, kubokda da Abdulla Seyidəhmədova güvəndik. Çnüki Bayramovun zədə problemi var. “Qarabağ”ın adı da ola bilər ki, sözünü deyir.
- Onda bir bir gərginlik hiss olunur…
- Həmin qoldan sonra toparlanmamağı təcrübəsizliyi ilə bağlıdı. Bu matçdakı səhvini bağışlamaq olar.
- Siz oynadığınız vaxtda Abdullah Zubir çıxış etsəydi, ona qarşı necə mübarizə aparırdınız?
- Zubirə qarşı elə oynayardım ki, bir də mənə yaxınlaşmazdı. (Sport24)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin