DÇ-2022: Hörmət edir, amma qorxmur
İspaniya millisinin yarımmüdafiəçisi Qavi DÇ-2022-nin 1/8 final mərhələsində Mərakeşə qarşı keçirəcəkləri oyun haqda danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, bütün komandalara hörmət etdiyini bildirib:
“Mərakeşlə oyun çox çətin olacaq. Bütün komandalara hörmət edirəm, amma mən heç kimdən qorxmuram. Bütün diqqətimizi növbəti matça yönəltməliyik”.
Qavi, Braziliya millisini mundialda favorit komandalardan hesab etdiyini vurğulayıb:
“Braziliyanı cari turnirin favoritlərindən biri hesab edirəm. Futbolun şou, tamaşa olduğunu deyən baş məşqçimiz Luis Enrike ilə razıyam. İspaniya xalqının bizimlə fəxr etməsini istəyirik”.
18 yaşlı futbolçu İspaniya yığmasının heyətində DÇ-2022-nin qrup mərhələsində 3 oyun keçirib və 1 qol vurub.
Bu gün keçiriləcək Mərakeş – İspaniya matçı saat 19:00-da başlayacaq.
Bizi Facebook-da izləyin