“Heç kim yarımfinal cütünün belə olacağını xəyal etməzdi” – Poçettino
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində bu gün “Ayaks”ı qəbul edəcək “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, “Ayaks”la oyunların çətin keçəcəyini bildirib:
“Yarımfinaldayıq, çünki yaxşı komandayıq. Belə davam etməyə çalışacağıq. Yeni stadionumuzda yarımfinal oyunu keçirəcəyik. Bir neçə ay əvvəl heç kəs buna inanmazdı.
“Ayaks”la oyunlar bizim üçün çətin olacaq. Onlar bu yerə qədər gəlməyə layiqdirlər. Qrup mərhələsində heç məğlubiyyət yaşamadılar, daha sonra isə “Real”la “Yuventus”u mübarizədən kənarlaşdırdılar. Bu, iki komandanın müharibəsinə bənzəyir. Heç kim yarımfinal cütünün belə olacağını xəyal etməzdi. Amma biz burdayıq, çünki iki komanda da buna layiqdir”.
“Tottenhem” – “Ayaks” matçı bu gün, saat 23:00-da başlayacaq.
Bizi Facebook-da izləyin