“Heç kim uduzmaq istəməz” – Bəhlul Mustafazadə
Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə Serbiyada Belarusa qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci tur oyunundan əvvəl mətbuat konfrasında iştirak edib.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi, Qazaxıstan millisinə 0:2 hesablı məğlubiyyət haqda da danışıb:
“Qazaxıstanla oyuna çox yaxşı başladıq, kifayət qədər qol imkanlarımız oldu. Müdafiədə də etibarlı idik. Sadəcə, hücumda qol imkanlarını reallaşdıra bilmədik.
Belarus millisini təhlil etmişik, kifayət qədər kompakt komandadır. Onlara qarşı kreativ olmalıyıq. Belarus da Qazaxıstan kimi, 5 müdafiəçi ilə oynayır. Belarus millisi Qazaxıstandan daha kompakt çıxış edir”.
Mustafazadə Qazaxıstana məğlubiyyətin komandaya pis təsir etdiyini bildirib:
“Ölkəmiz uğrunda mübarizə aparırq. Heç kim uduzmaq istəməz. Təəssüf ki, uduzduq. Əlimizdən gələni edəcəyik ki, Belarus üzərində qələbə qazanaraq həm özümüzü, həm də Azərbycan xalqını sevindirək”.
Mayın 6-da Serbiyadakı “Karadjordje” stadionunda keçiriləcək oyun saat 22:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin