“Heç kim stadiona özünü öldürmək və ya ölmək üçün gəlmir”
“Atletiko”nun prezidenti Enrike Serezo “San Mames” stadionunda azarkeşlərə tibbi yardım göstərildiyi üçün “Atletik”lə kral kubokunun yarımfinal matçının dayandırılmasını şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunları deyib:
“Bu insanlar hazırda xəstəxanadadırlar və biz xəbər gözləyirik. Heç kim stadiona özünü öldürmək və ya ölmək üçün gəlmir”.
Qonaq azarkeşlər “Atletik” fanatlarının hücumuna məruz qalıb.
Son 10 gün ərzində “San Mames”də azarkeşlərin başına belə üç hadisə gəlib. Ötən həftə “Atletik” – “Jirona” matçında da eyni hal yaşanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin