“Heç kim onu günahlandırmır” – “Kopenhagen”in baş məşqçisi
“Kopenhagen”in baş məşqçisi Yakob Neestrup Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun “Mançester Yunayted”lə oyununda (0:1) komandanın hücumçusu Cordan Larssonun vura bilmədiyi penaltidən danışıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, danimarkalı mütəxəssis isveçli futbolçunu günahlandırmadığını bildirib:
“Bu epizoddan sonra həm oyunçular, həm də mən onu qucaqladıq. Heç kim onu günahlandırmır, çünki bu, oyunun bir hissəsidir. Ümid edirəm ki, hamı məşqə qayıdanda onun üzündə yenidən təbəssüm yaranacaq.
Penaltini ya o, ya da Kevin Diks yerinə yetirməli idi. Mən təzə oyunçuya üstünlük verdim, ona görə də, o, penaltini yerinə yetirdi”.
26 yaşlı futbolçu matçın 90+7-ci dəqiqəsində penaltini qola çevirə bilməyib. Penalti zərbəsini “qırmızı şeytanlar”ın qapıçısı Andre Onana dəf edib.
Bizi Facebook-da izləyin