
“Heç kim Messinin gedişinə hazır deyil”
Argentina millisinin müdafiəçisi Nikolas Talyafiko komanda yoldaşı Lionel Messinin gələcək karyerası barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı futbolçunun milli komandadakı fəaliyyəti ilə bağlı sualı cavablandıran Talyafiko, Messinin özünün qərar verəcəyini bildirib:
“Leo artıq 20 ildir millinin formasını geyinir. Heç kim hazır deyil ki, o gedə bilər. Messi özü qərar verəcək. Ola bilsin, gələcəkdə o, millinin məşqçi heyətində yer alacaq və ya komandada başqa bir vəzifə tutacaq”.
Argentina millisi artıq 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



