“Heç kim Keynin səviyyəsinə çata bilməyəcək”

İngiltərə millisinin sabiq futbolçusu Kris Satton hücumçu Harri Keynin komandadakı rolunu yüksək qiymətləndirib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, heç kimin Keynin səviyyəsinə çata bilməyəcəyini söyləyib:

“Keyn bu gün milli komandada karyerasını bitirdiyini elan etsəydi, İngiltərənin DÇ-2026-dakı şanslarına tam fərqli baxardıq. Bəlkə, Keynin millidə çox vaxtı qalmayıb, amma onu kim əvəz edəcək? Onun səviyyəsinə çata biləcək kimdir? Heç kim”.

Sattonun fikrincə, Keyn İngiltərə tarixinin ən önəmli hücumçularından biridir.

32 yaşlı futbolçunun millidə keçirdiyi 109 oyunda 74 qolu və 19 məhsuldar ötürməsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button