“Heç kim bu problemi necə həll edəcəyimizi bilmir” – Klopp
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Genk”ə 2:1 hesabıyla qalib gələn “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, “qırmızılar”ın dekabr ayında ardıcıl iki gün həm İngiltərə Liqa kubokunda, həm də Klublararası dünya çempionatında oyun keçirəcəyi ilə bağlı danışıb:
“Heç kim bu problemi necə həll edəcəyimizi bilmir. Müəyyən fikirlərimiz var, amma bu barədə danışmaq üçün tezdir. Bu variantla razılaşmalı idik, çünki digər seçimlər daha çox problem yaradacaqdı. Heç bir problemin yaranmasını istəmirik. Kənardan elə görünə bilər ki, biz Liqa kubokunda iştirak etmək istəmirik, amma bu, belə deyil. Klublararası dünya çempionatında isə Çempionlar Liqasında qalib gələn komandalar qarşılaşır. Bu hal isə tez-tez baş vermir, buna görə də, bu fürsətdən istifadə edəcəyik”.
Liqa kubokunun 1/4 final mərhələsi çərçivəsində, dekabrın 17-də “Aston Villa” ilə qarşılaşacaq “Liverpul”, Klublararası dünya çempionatının ilk oyununa dekabrın 18-də çıxacaq.
Bizi Facebook-da izləyin