“Heç kim bu turnirin keçirilməsinə imkan verməyəcək!” – PSJ-nin prezidenti

PSJ-nin prezidenti Nasser Əl-Xələfi, turnirin mövcud olmaq şansı olsaydı, Fransa klubunun heç vaxt Avropa Super Liqasına qatılmayacağını söyləyib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, Avropa Super Liqasının keçirilməsinə heç vaxt icazə verilməyəcəyinə əmin olduğunu bildirib:

“Heç kim bu turnirin keçirilməsinə imkan verməyəcək! Mən buna əminəm. Təşkilatçı klubların rəhbərləri təkcə özlərini deyil, digər komandaları da düşünməlidirlər. Mən heç vaxt turnirə qoşulmazdım”.

Ötən il aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button