“Heç kim baş məşqçini belə tənqid edə bilməz” – Kovaç
“Bavariya”nın baş məşqçisi Niko Kovaç, mətbuatda onun qərarlarını tənqid edən komandanın üzvü Rafinya haqqında açıqlama verib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis, futbolçunun verdiyi açıqlamalara görə üzr istədiyini bildirib:
“Heç kim baş məşqçini belə tənqid edə bilməz. Bu, bütün futbolçular üçün keçərlidir. Oynamadığı üçün yaşadığı üzüntünü anlayıram. Hadisələrə ani reaksiya versəz, peşman ola biləcəyiniz şeylər deyərsiz. Dedikləri üçün məndən üzr istədi və problem həll olundu, amma heç nə bu şəkildə olmamalı idi”.
33 yaşlı futbolçu, Kovaçın qərarlarını başa düşmədiyini bildirərək, oynamaq istədiyini demişdi.
“Bavariya” ilə müqavilə müddəti mövsümün sonunda bitəcək braziliyalı futbolçu, bu mövsüm iştirak etdiyi 17 oyunda 1 qolla yadda qalıb.
Bizi Facebook-da izləyin