“Heç kimə nəyisə sübut etməyə ehtiyacım yoxdur” – “Barselona”dan ayrılan futbolçu
“Espanyol”un hücumçusu Martin Breytveyt La Liqanın 4-cü turunun “Atletik”lə oyununda (1:0) vurduğu qələbə qolundan danışıb və “Barselona”dan ayrılmasına eyham vuraraq, heç kimə nəyisə sübut etməyə ehtiyac duymadığını deyib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, danimarkalı futbolçu bunları bildirib:
“Son ana qədər mübarizə apardım. Bir az bəxtim gətirdi, amma qol vurdum. Bütün komanda kimi özümü xoşbəxt hiss edirəm. Bu, bizim üçün çox vacib qələbədir.
Heç kimə nəyisə sübut etməyə ehtiyacım yoxdur, mən sakitəm. İndi daha çox oynamağa başlamağa ümid edirəm.
Futbolçular və məşqçi heyəti məni çox yaxşı qarşıladı. Komanda yoldaşlarıma uyğunlaşmaq mənim üçün asan idi. Bizim potensialımız var və mübarizəmizi davam etdirməliyik. Bu nəticə bizə inam verəcək”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin