
Amorimdən qapıçı məsələsi ilə bağlı açıqlama
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın əsas qapıçısı məsələsinə aydınlıq gətirib.
Yay transfer pəncərəsində Andre Onananın yerinə transfer edilən 23 yaşlı Senne Lammens hələ də “qırmızı şeytanlar”ın heyətində debüt etməyib.
Komanda.az xəbər verir ki, mətbuat konfransında jurnalistlər portuqaliyalı mütəxəssisdən hazırda əsas heyətdə çıxış edən Altay Bayındırın mövqeyi barədə soruşublar. Amorim isə belə cavab verib:
“Heç kimə əsas heyətdə zəmanət verilmir. Hər kəs mübarizə aparmalıdır. Mənim işim matçları qazanmaqdır. Hər oyundan öncə komandaya ən yaxşı şansı verəcək heyəti seçirəm. Mövsümün sonuna yaxın heyət tam fərqli görünə bilər. Biz qələbə üçün, komandanın uyğunlaşması və xal toplaması üçün çalışırıq”.
“Mançester Yunayted” bu gün Premyer Liqa çərçivəsində doğma meydanda “Çelsi” ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



