“Heç-heçəni qələbəyə bərabər hesab etmək olar”
Avropa çempionatının elit-raund mərhələsində bu gün Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmməd oyunla bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan oyundan sonra AFFA-nın rəsmi saytına bunları söyləyib:
“Bu gün ölkəmizdə Novruz bayramı qeyd edilir. Bayram münasibəti ilə xalqımızı təbrik edirik. Oyuna gəldikdə, güclü Rusiya yığmasına qarşı oynadıq. Rəqibimiz turnirin ən yaxşı komandalarındandı. Bizim üçün çətinlik yaradan amillərdən biri də heyətimizdə zədəli futbolçuların olmasıdı. Bu oyunu unudub, İrlandiya ilə oyuna hazırlaşacağıq.
Rusiya ilə onun meydanında oynadığımızı nəzərə alsaq, qolsuz heç-heçəni qələbəyə bərabər hesab etmək olar. Amma oyun ərzində qol vurmaq üçün imkanlarımız oldu. Təəssüf ki, realizə edə bilmədik. Xüsusilə də ikinci hissədə rəqibimizdən üstün oynadıq. Komandama nümayiş etdirdiyi oyuna görə təşəkkür edirəm. Onlar bu gün meydanda xarakter göstərdilər. Fürsətdən istifadə edib sabah AÇ-2020-nin seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu keçirəcək milli komandamıza uğurlar arzulayırıq”.
Bizi Facebook-da izləyin